AZE | RUS | ENG |


ABŞ Türkiyənin Rusiyadan “S-400” əldə etməsini problem adlandırıb

ABŞ Türkiyənin Rusiyadan “S-400” əldə etməsini problem adlandırıb
Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.   
 
"Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır”, - deyə Key Beyli Xatçison "Washington Post” nəşrinə müsahibəsində bildirib.  
 
Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
 
"ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil”, - deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000